Bölgələrdə maaşlarla bağlı vəziyyətin tam obyektiv mənzərəsi olmalıdır və bu sahədəki problemləri təhlil etmək lazımdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Hökumət üzvləri ilə görüşdə prezident Nazirlər Kabinetinə və subyektlərinə ölkənin bütün sahələrində və bölgələrində dövlət işçilərinin əmək haqlarının səviyyəsi ilə bağlı vəziyyəti tez bir zamanda araşdırmağı tapşırıb. Müasir rəqəmsal və məlumat qabiliyyətləri bunu hər bir mütəxəssislə əlaqəli şəkildə etməyə imkan verdiyini qeyd edib.
"Yəni nəticədə tam, obyektiv, hərtərəfli bir mənzərə olmalıdır. Yenə deyirəm: belə bir analiz orta hesabla, yalnız təşkilatlar səviyyəsində edilməməlidir", deyə Rusiya prezidenti bildirib.
Xatırladaq ki, Rusiyada son vaxtlar narazılıqlar, etirazlar müşahidə edilir. Etiraf edək ki, bütün bunlar ölkə üçün arzu edilən deyil. Əlbəttə ki, digər məsələlərlə yanaşı insanların, yəni Rusiya vətəndaşlarının əmək haqları ilə bağlı məsələlər də narazılıqlara, etirazlara təsirsiz ötüşə bilməz. Çox güman ki, Rusiya prezidenti əmək haqları ilə bağlı problemlərin təhlili çağırışını da bu mənada edib və məqsəd narazılıqların aradan qaldırılması olduğu heç də sirr deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB