Borrelin sanksiyalarla bağlı açıqlamalarına münasibət Peskov tərəfindən bildirildi
Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamalarını Kreml yaxından izləyir və onunla Moskvada danışıqlar Aleksey Navalnı ilə bağlı müzakirələrdən daha geniş olub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, keçən həftə Moskvaya səfər edən Borrel Rusiyaya qarşı yeni sanksiyalara başlamaq niyyəti ərəfəsində olduğunu elan etmişdi. Onun sözlərinə görə, bu məsələyə 22 Fevralda Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının iclasında, daha sonra mart ayında sammitdə baxılacaq. Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Avropa Birliyinin "Aleksey Navalnının komandasını" dəstəkləməyə davam edəcəyini təsdiqləmişdi.
"Biz cənab Borrelin açıqlamalarını çox yaxından izləyirik. Hər şeydən əvvəl demək istərdim ki, mövcud məlumatlara görə, Moskvadakı danışıqlar xatırlanan mövzudan daha çox mənalı oldu", deyə Peskov, Borrelin açıqlamalarını şərh edərkən bildirib.
Göründüyü kimi, keçən həftə Avropa diplomatiyasının rəhbərinin Moskvaya səfəri və səfər çərçivəsində hansısa sanksiyaların tətbiqi məsələsi Rusiyada narahatlıq doğurub. Təsadüfi deyil ki, jurnalistlər də bu məqama toxunaraq sual ünvanlayıblar və mətbuat açıqlamasında Peskov buna aydınlıq gətirib. Daha dəqiq desək, Rusiya Prezidentinin mətbuat katibi danışıqların Aleksey Navalnı məsələsini kölgədə qoyduğuna diqqəti yönəltməyə çalışıb. Bu isə ondan xəbər verir ki, Rusiya hökumətini də sanksiyaların tətbiqi məsələsi narahat edir və bunun daxili auditoriyada qıcıq doğurmaması üçün diqqət Moskva ilə Avropa diplomatiyası rəhbərinin danışıqlarına yönəldilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB