Bəs Vətən satqını Əli Kərimli nə istəyir?
Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, bu 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz,- dedilər Şəhidlərimiz. Onu da dedilər ki, bu gün biz Şəhid olmuruq, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirik. Azad olunan torpaqlarımızda üçrəngli azərbaycan Bayraqlarımızın qaldırılmasına Şahid oluruq!. Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananının oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız!..
Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız! "Vətən üçün ölməyə dəyər!" – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz. Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına - önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda "Öncə Vətəndir", – deyib canından keçən igid oğullarımız, sizin igidliyinizin nəticəsidir ki, bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. O Bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraqlar ki, sizin şücaətinizin sayəsində Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına – Qarabağ Azərbaycandır!a yol aldı. Və özünüz də Qarabağ Azərbaycandır! uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elimizə, evinizə, yurdumuza, uğrunda can verdiyiniz Vətən torpağına. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi!. Bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!
Ali Baş Komandanımız İlham Əliyev cənabları dediyi kimi: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir".
Bəli, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, silah, tkexnika düşməndə də var, ancaq o texnikanı istifadə edən o qol deyil, düşmən qoludur. Çünki Azərbaycan əsgərinin məsləki Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Bu gün Vətən torpağımız igidlərimizin qanı ilə düşməndən azad olundu. Şəhidlərimizin də qisası alındı! Və torpağını öz qanları ilə yoğuran, Vətən edən, Vətən uğrunda ölümü ilə əbədiləşən ŞƏHİDLƏRİMİZİN məzarının başında qələbə soraqlı üçrəngli ay-ulduzlu Bayrağımız qürurla dalğalanır!
Ancaq Vətəni, qeyrəti, namusu olmayanlar sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışan AXCP sədri Əli Kərimlinin daha bir antitəbliğat kampaniyası aparsa da, sonda yalan üzərində qurulmuş "informasiya tələsini" ifşa və iflas etməklə AXCP sədrinin planlarını alt-üst etmiş olur. Elə bu dəfə bu baxımdan istisna olmadı. Belə ki, Əli Kərimli Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdı. Guya ki, bu kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur. Bu yerdə Əli Kərimlinin bu yalanları ilə bağlı sosial şəöəkələrdə böyük təpkilər var. Mərdan Şahıyev adlı istifadəçinin fikirlərini demək kifayətdir: «AXCP yarandığı gündən Əli Kərimov kimi simasını itirmiş birinə görə o partiyada adam qalmayıb. Xarici havadarlarının və aldığı qrantların hesabatını vermək üçün Əli Kərimov yenə "qotur salmış dana kimi" qaşınır...Yaddaşın pozulubsa, 1990-cı il hadisələrini görmüş insanlar hələ də yaşayır. İstifadə etdiniz, hakimiyyətə gəldiniz. Az qalmışdı ki, Azərbaycan kimi bir ölkəni darmadağın edəsiniz. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi, dağıtdığınızı nəinki bərpa etdi, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyevin qurub yaratdığını davamçısı İlham Əliyev daha da çiçəkləndirir... Mən də bir Qarabağ döyüşçüsü kimi sizə xəbərdarlıq edirəm. Bizim adımızdan bir daha istifadə etsəniz dünyanın hegemon dövlətləri iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda stabilliyi qoruyub saxlayan ölkə başçısı, Ali Baş Komandanın sadiq əsgəri kimi məni və mənim kimi minlərlə döyüşçünü qarşında görəcəksən".
Bir sözlə, Vətənini sevən gənclər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə peşman etdilər ki... Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Sübut etdilər ki, cari ilin yanvar ayının 25-də imzalanmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.
Və hər kəs Vətəni yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, fəxr edirik. Fəxr edirik ki, şərəflə qorudunuz Vətəni!, Şərəflə qorudunuz Vətənin qeyrətini, torpağı Vətən etdiniz, Vətəni bütöv etdiniz. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhid qanı ilə yoğrulan Qarabağ Azərbaycandır!
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB