Ermənistan gömrüyündə qaçaqmalçılıq halları artıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri, polkovnik Vardan Vardanyan bunu mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanda 2020-ci ildə 426 qaçaqmalçılıq hadisəsi aşkar edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 2,4 dəfə, 2019-cu ilə nisbətən 2,1 dəfə çoxdur. Qeyd olunur ki, koronavirusun yayılması və İranla quru sərhədinin bağlanması səbəbindən poçt və bağlamalarla qaçaqmalçılıq cəhdləri tez-tez baş verir. Bildirilir ki, ümumilikdə 6,1 kq metamfetamin, 5,2 kq tiryək, 3,1 kq marixuana, 2,9 kq ketamin, 1,6 kq heroin qaçaqmalçılıq yolu ilə daşınarkən saxlanılıb.
Digər böyük qaçaqmalçılıq hadisələri də Ermənistanda müşahidə edilib və Vardan Vardanyanın dediyi kimi, bütün bu faktlar ölkədə qaçaqmalçılığın artmasını təsdiqləyir.
Göründüyü kimi, işğalçı ölkədə digər sahələrlə yanaşı, gömrük sahəsində də xoşagəlməzliklər müşahidə olunur. Qeyd edək ki, bütün bunlara ölkədə hökm sürən xaos, qarışıqlıqlar da səbəb sayılır. Eləcə də nəzərə almaq lazımdır ki, Ermənistanda belə qanunsuzluqlar, ələlxüsus qaçaqmalçılıq adi hala çevrilib. Heç şübhəsiz ki, Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdirinin sadaladığından da daha çox miqdarda belə hallar Ermənistanda mövcuddur və bu ölkədə uzun müddətdir ki, qaçaqmalçılıq hədsiz dərəcədə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB