Gültəkin Hacıbəyli reallığı: korrpusioner, satqın və xəyanətə alışıq tipaj ANALİTİKA + VİDEOFAKT
O, həyatı boyunca çirkablara bulaşmaqla, şantajlar, şər-böhtanlar hesabına var-dövlət sahibinə çevrilib
“Milli Şura”nın koordinasiya mərkəzinin üzvü, vaxtilə müxalifətə qarşı mübarizə aparmış, əks-düşərgə mənsublarını dövlətçliyiyə xəyanətlərdə ittiham etmiş sabiq millət vəkili və sonradan seçicilərinin etimadını doğrultmadığına görə deputat seçilməyən Gültəkin Hacıbəylinin gerçək “siması” onu tanıyanlara çoxdan bəllidir. Bu fərdin millət vəkilliyi dövründə, xüsusilə AŞPA-dakı təmsilçiliyi zamanında vergi ödəyiciləri hesabına həyata keçirdiyi xarici səfərləri zamanı dövlətin deyil, məhz şəxsi maraqlarıının təminatı üçün fəaliyyət göstərməsini də sübut edən çoxsaylı faklar mövcuddur.
Digər tərəfdən, o da sirr deyil ki, Gültəkin Hacıbəyli deputatlıq fəaliyyəti dövründə korrupsiyaya bulaşmış şəxs kimi tanınıb. Bu gün də onun şəxsi əmlakları qismində qalmaqda davam edən və qiymətləri yüz min dollarlarla hesablanan, qanunsuz yollarla əldə etdiyi mülkiyyətləri isbat edir ki, hazırda özünü “aydan-arı, sudan duru” kimi təqim edən Gültəkin Hacıbəyli əslində belə insan deyil və həyatı boyunca çirkablara bulaşmaqla, şantajlar, şər-böhtanlar hesabına var-dövlət sahibinə çevrilib.
Söz yox ki, bu gün onun üçün təmsil olunduğu “Milli Şura” sıralarında Azərbaycan dövlətinin, dövlətçilik marqlarının əksinə getmək elə də çətinlik yaratmır. Çünki o, satqınçılığa, xəyanətə, üz çevirməyə alışıq bir tipaj olaraq tanınır və əslində cəmiyyət üçün də təhlükə mənbəyi sayıla bilər. Hər halda, onun əməllərini ifşa edən növbəti videoçarx da əslində bütün tərəflərini tam çılpaqlığı ilə sərgiləməkdədir.
Oxucularımıza Gültəkin Hacıbəylinin mülklərinin siyahısını və videosunu təqdim edirik:
1. Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında yerləşən, ümumi dəyəri 2 milyon manat olan 2 mənzil və 2 qapalı qaraj
2. Səməd Vurğun küçəsi, ev 92 A ünvanında yerləşən, ümumi dəyəri 400 min (dörd yüz min) manat olan mənzil
3. Mehdi Hüseyn küçəsi, ev 61 ünvanında yerləşən, ümumi dəyəri 150 min (yüz əlli min) manat olan obyekt
4. İnşaatçılar prospekti, ev 12/20 ünvanında yerləşən, ümumi dəyəri 150 min (yez əlli min) manat olan mənzil
5. Goranboy rayonunda yerləşən lüks təmirli villa və 8 müxtəlif geniş torpaq sahəsi
6. Abşeron rayonunda yerləşən 7 müxtəlif geniş torpaq sahəsi
7. Şamaxı rayonunda yerləşən geniş torpaq sahəsi
8. Ümumi dəyəri 60 min dollar məbləğində olan “Lexus LX570” markalı avtomobil
9. Ümumi dəyəri 20 min dollar məbləğində olan “Toyota Avalon” avtomobili.
(Davamı var)
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə