Tramp intiqam almaq niyyətindədir Politico qəzeti yazır

Tramp intiqam almaq niyyətindədir Politico qəzeti yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ Senatında impiçment proseduru bitdikdən sonra aktiv siyasi fəaliyyətə qayıdacaq. SİA xəbər verir ki, bu barədə “Politico”, keçmiş dövlət başçısına yaxın mənbələrə istinadən yazır.
Eyni zamanda qeyd olunur ki, impiçmentlə bağlı vəziyyət, onların fikrincə, hələ də eks-prezidentin xeyrinə inkişaf edir.
"Kapitoliya məsələsindən bir ay keçdi və deyərdim ki, Respublikaçılar Partiyası böyük çoxluqda yenidən onun ətrafında toplanır", deyə Keçmiş Respublikaçı bir təşviqatçı nəşrə verdiyi açıqlamada bildirib.
Qəzetin həmsöhbətləri təsdiq edirlər ki, impiçment prosesinin artıq Tramp üçün faydalı olub və respublikaçılar arasında Trampa sədaqətsizlik edənləri müəyyənləşdirməyə imkan verib və adi partiya üzvlərinin onlara qarşı mənfi reaksiyasına səbəb olub.
Nəşrin mənbələrinə görə, impiçment prosesi başa çatdıqdan sonra indi ictimai sahədən kənarda qalan Tramp yenidən siyasi fəaliyyətə qayıdacaq və ondan üz çevirmiş respublikaçılardan "intiqam almağa" köklənəcək. Bununla birlikdə nəşr, Trampın ondan üz çevirən partiya üzvlərinə qarşı dəqiq olaraq hansı tədbirləri ala biləcəyinin qaranlıq qaldığını qeyd edir.
Göründüyü kimi, seçki prosesində müşahidə edilən mübarizə hələ də qismən də olsa davam edir və bir çox mənbələr təsdiq edir ki, Tramp intiqam almaq niyyətindədir. Doğrudur, artıq Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydendir və Trampın nə fikirləşməsindən, nə planlamasından asılı olmayaraq bu, dəyişməzdir. Amma respublikaçılar arasında Trampa sədaqətsizlik edənləri onun bağışlamaması, bununla əlaqədar intiqam hissi təsdiq edir ki, ABŞ-ın keçmiş prezidenti aktiv siyasi fəaliyyətə qayıdacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə