Qərbi Kaspi Universiteti: "Bu, bizə qarşı törədilmiş təxribatdır" - AÇIQLAMA
"Rast gəldiyim bu fotolar məni həddən artıq kədərləndirdi! Böyük Azərbaycana, əziz xalqımıza, doğma Vətənimizə xidmət etmiş hər bir insan bizim üçün əziz olmalı və əziz xatirəsi qəlbimizdə daim yaşamalıdır!". SİA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
“Ulu öndərin 94 illiyindən sonra Qərbi Kaspi Universiteti döşəmələri silmək üçün Ulu öndərin portreti əks olunmuş köynəklərdən istifadə edirmiş. Sadəcə, ayıb olsun. Bu universitetin rəhbərliyinə də, bundan istifadə edən xidmətçilərə də! Qərbi Kaspi Universitetində Ulu Öndərin əziz xatirəsinə edilmiş bu hörmətsizliyə yalnız Abbas Səhətin bu misralarını xatırlatmaq istəyərəm:
“Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!!”
SİA-nın əməkdaşının məsələ ilə əlaqədar Qərbi Kaspi Universitetinin mətbuat xidmətindən əldə etdiyi açıqlamada bildirilib ki, biz hazırda həmin şəklin universitetdə çəkilməsi və Universitetdə çəkilibsə, kim tərəfindən çəkilməsi barədə dəqiqləşdirmə aparmağa nail ola bilməmişik: "Amma universitetin daxili kameraları vasitəsilə bu araşdırmalar davam etdirilir. Eyni zamanda müvafiq strukturlara bununla əlaqədar lazımı müraciətlər edilib. Ümid edirik ki, məsələnin mahiyyəti tez bir zamanda aydınlaşacaq. Əminik ki, bu universitetə qarşı törədilmiş bir təxribatdır və bu çirkin təxribata əl atan şəxs lazımı şəkildə cəzalandırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB