Hər günü şanlı qələbə olan 44 GÜN

Hər günü şanlı qələbə olan 44 GÜN

30 illik vətən həsrətli, nisgilli arzularımız, xəyallarımız, yuxularımız, gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı 44 gündə gerçəyə çevrildi! 10 noyabr 2020-ci il... Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli mövqeyi, Müzəffər Ordumuzun, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.

Artıq bu Zəfər tarixində 3 ay keçir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Və dövlət başçımız İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur.

Dövlət başçısı dəfələrlə bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza "İRƏLİ!" əmrini verdi. Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək artıq 44 gün ərzində Azərbaycan Şanlı Qələbəsinə nail oldu. Hər günü bir şanlı qələbə olan 44 gün ərzində düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovdular. Ali Baş Komandanımız müraciətlərində də Ermənistanın rəhbərliyinin nə qədər qorxaq və mənəviyyatsız olduğunu dəfələrlə deyib və bunu həm siyasi, həm də döyüş meydanında sübut etdi: "Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Bu Qələbə isə, Xalq-İqtidar-Ordu birliyinin nümunəsidir. Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi Qələbədir! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Çünki yalançı, faşist, qorxaq, rəzil Paşinyanın bu iki ildən yuxarı hakimiyyətdə olduğu müddətdə Ermənistanı və erməni xalqını məhəvə aparır. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq! Ermənistanın küçə "demokratı" isə boş başı ilə sərsəm bəyanatlar verməklə nə qədər savadsız və rəzil olduğunu nümayiş etdirdi və bu gün də rəzil vəziyyətdədir.

Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dediyi kimi: "Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq", - deyən dövlət başçısı qeyd edib ki, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və bu 44 gün Ermənistan üçün tarixi dərs oldu və bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər".

Bəli, artıq Qalib ölkənin Qalib Lideri, bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi! Dövlət başçımızın dediyi kimi: "Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!".

MƏHƏBBƏT İBRAHİMOVA,

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə