Elmar Məmmədyarov: “Prezidentlərin növbəti üçtərəfli görüşü iyunda baş tuta bilər”

Elmar Məmmədyarov: “Prezidentlərin növbəti üçtərəfli görüşü iyunda baş tuta bilər”

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın növbəti üçtərəfli görüşü iyunda baş tuta bilər. SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, iyunda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərə gələcək. Səfərdən sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutacaq: "Bundan sonra ehtimal ki, prezidentlər Medvedev, Əliyev və Sarkisyan iyunda daha bir görüş keçirəcəklər"

E.Məmmədyarovun sözlərinə görə, prezidentlərin müxtəlif təklifləri var və onların üzərində iş davam etdirilir.

.


Bütün xəbərlər Facebook səhifəmizdə