Zelenskinin peyvənddən imtina etməsinə Zaxarovadan MÜNASİBƏT

Zelenskinin peyvənddən imtina etməsinə Zaxarovadan MÜNASİBƏT

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya istehsalı olan "Sputnik V" koronavirus peyvəndini istifadə etməkdən imtina etməsinə münasibət bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya XİN sözçüsü öz münasibətini özünə məxsus Facebook sosial şəbəkə hesabında yazıb.
"Zelenski, "Ukraynalılar dovşan deyil, onların üzərində təcrübə apara bilməzsiniz", deyib. O, bu ay Kiyevin "AstraZeneca" və "Novavax"-dan 12 milyon doza peyvənd alacağını da söyləyib", deyə Mariya Zaxarova ehyam vurub.
Zaxarova, Zelenskinin "Sputnik V" peyvəndindən imtina etməsinə münasibətini də gizlətməyib.
"Dovşanlar üzərində daha az təcrübə aparırlar", deyə Zaxarova Facebook səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə