Avroparlamentin sədri ölkəmizə səfəri çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamə ilə bağlı müzakirələr aparacaq
"Azərbaycanda səfərim çərçivəsində keçirəcəyim görüşlərdə mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə ilə bağlı müzakirələr aparacağam". SİA-nın məlumatına görə, bu sözləri Avropa Parlamentinin prezidenti Yerji Buzek Milli Məclisin spikeri Oqtay Əsədovla görüşündən sonra keçirdiyi brifinqdə bildirib.
Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Y.Buzek Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığını dilə gətirib.
Bundan əlavə Avroparlamentin sədri bəyan edib ki, təmsil etdiyi qurum regiondakı "dondurulmuş münaqişələr"in həllinə öz töhfəsini verməyə hazırdır: "Biz Azərbaycanın müstəqilliyini, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırıq, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB