YAP Ucar rayon təşkilatının üzvləri Şəhidlərin məzarlarını ziyarət ediblər

YAP Ucar rayon təşkilatının üzvləri Şəhidlərin məzarlarını ziyarət ediblər

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirdi. 44 gün ərzində davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və rayon təşkilatının üzvlri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş rayonun Qazıqumlaq kəndinin şəhidləri Ramil Əzizov Davud oğlunun və Namiq Qarayev Qarakişi oğlunun, Məlikballı kəndinin şəhidi Orxan İsmayılov Zöhrab oğlunun məzarlarını ziyarət ediblər. Ziyarətçilər şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə