Abdullah Eren: "Qarabağ şəhidlərinin övladlarına təqaüdlər veriləcək" QARDAŞ DƏSTƏYİ

Abdullah Eren: "Qarabağ şəhidlərinin övladlarına təqaüdlər veriləcək" QARDAŞ DƏSTƏYİ

Qarabağda Vətən müharibəsində qazanılan qələbənin ardınca qardaş ölkənin müvafiq təhsil qurumları bu ölkədə təhsil alan şəhid övladları ilə bağlı qərar qəbul edib. Qərara görə, azərbaycanlı şəhid övladları üçün güzəştli kvotalar və təqaüdlər ayrılıb. SİA Türkiyənin "Akşam" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı YTB başqanı Abdullah Eren sosial şəbəkə üzərindən status paylaşıb və onun fikirləri Azərbaycanda böyük rəğbətlə qarşılanıb. "Can Azərbaycanın Qarabağ zəfərində şəhid olan qəhrəmanların övladlarına bu il Türkiyə bursları çərçivəsində özəl kvota ayırırıq", deyə o bildirib.

Eran eyni zamanda "Türkiyə hər sahədə olduğu kimi, təhsil sahəsində də qardaşlarının yanındadır", deyə yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə