İrandan Rusiyaya etiraz notası - SƏBƏB?

İrandan Rusiyaya etiraz notası - SƏBƏB?

Rusiya Xarici İşlər Nazirliyinin "Ərəb Körfəzi"ni göstərən informasiya paylaşımlarına görə Tehran Moskvaya etiraz notası göndərib. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi İran İslam Respublikasının İRNA Agentliyinə istinadən məlumat yayıb.

Məlumayda qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Rusiya Xarici İşlər Nazirliyinin ərəb dilindəki Twitter hesabındakı yazılardan birində Fars Körfəzi ilə əlaqəli olaraq "Ərəb Körfəzi" adının çəkildiyini bəyan edib.

"Ölkəmizin Moskvadakı səfirliyi vasitəsi ilə Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərildi", deyə Xatibzadə bildirib.

Xatırladaq ki, yanvarın ortalarında Sputnik radiosu İran ordusunun Fars körfəzinin girişində genişmiqyaslı təlimlərə başladığını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə