Rüstəm Muradovun Laçın dəhzili ilə bağlı məktubunu kim gizlədib? İLGİNC

Rüstəm Muradovun Laçın dəhzili ilə bağlı məktubunu kim gizlədib? İLGİNC

Bir qrup fransalı jurnalistin Ermənistana, oradan isə Qarabağa geçmək istəyi baş tutmayıb. Daha doğrusu, həmin "jurnalistlər" Rusiyanın bölgədəki sülhməramlıları tərəfindən Ermənistan-Azərbaycan sərhədində saxlanılıb və onlara Azərbaycan tərəfindən rəsmi icazə almaları tövsiyyə olunub. Bundan sonra Ermənistanda təlaşlar artmağa başlayıb.

SİA xəbər verir ki, sözügedən insidentlə bağlı Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan sosial şəbəkədə status paylaşaraq yazıb ki, fransızların münayəndə heyəti ilə bağlı hadisədən sonra Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Rüstəm Muradov Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyana məktub göndərib və orada əsasən yazıb ki, mümkün anlaşılmazlıqlardan uzaq olmaq və yeni göstərişlər alana qədər sülhməramlılar Qarabağ ərazisinə yalnız noyabrın 10-da üçtərfli sənədə imza atan ölkələrin vətəndaşlarını buraxacaqlar. Eyni zamanda, yanvarın 11-də Azərbaycan və Ermənistan dövlət başçılarının əldə etdikləri qiyabi razılaşması da buraya aiddir.

Minasyan iddia edib ki, Ermənistan MN-nin başçısı Vaqarşak Arutunyan Rüstəm Muradovun sözügedən məktubunu gizlədib. “Məktubun məzmunu budur ki, Ermənistandan Laçına və Qarabağa yalnız Ermənistan və Rusiya vətəndaşları keçə bilərlər. Yerdə qalanlar Qarabağa daxil olmaq üçün Azərbaycandan icazə almalıdırlar”, yazan Minasyan əlavə edib ki, Ermənistan "döyülən uşaq" statusunda olduğunu təsdiq edib və vəziyyətdən çıxmaq haqqında fikirləşmir.

“Bu məsələdə Ermənista XİN-nin susması deyilənləri açıq-aşkar sübut edir”, Minasyan yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə