Ermənistanın özəl şirkətlərindən biri tərəfindən Kəlbəcər ərazisində (ermənilər stansiyanın yerləşdiyi yeri Geqarqunik adlandırır) qanunsuz inşa etdiyi külək elektrik stansiyası artıq Azərbaycanın nəzarətinə keçib. SİA-nın məlumatına görə, bu barədə Ermənistan ombudsmanı Armen Tatoyan öz sosial şəbəkə səhifəsində paylaşıb.
Bildirib ki, 200 hektarlıq ərazi Ermənistan hökuməti(???) tərəfindən biznesmenə 30 il müddətinə icarəyə verilmişdi: "Sonradan kadastr komitəsində iş adamının torpaq sahəsi almaq hüququ qeydiyyata alınıb. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya almışdı. Ancaq 25 noyabrdan sonra Azərbaycan Silahlı Qüvvələri bu ərazilərə gəlib və şirkət fəaliyyətini dayandırmağa məcbur edilib".
Məlumatda bildirilir ki, Azərbaycanın nəzarətinə keçən şirkətə ümumilikdə 5 milyon dollardan artıq ziyan dəyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB