Daha bir erməni əsgərin cəsədi tapıldı cəsədlərin sayı 1365 oldu
Hadrud istiqamətində aparılan axtarış-xilasetmə işləri nəticəsində daha bir erməni əsgərin cəsədi tapılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Daxili İşlər Nazirliyinin Dövlət Təcili Xidməti informasiya paylaşıb.
İnformasiyada qeyd olunur ki, ölən əsgərin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək. Bildirilir ki, kəşfiyyat işləri bu gün Hadrud və Cəbrayıl ərazilərində davam edir.
Həmçinin nəzərə çatdırılır ki, 13 noyabr 2020 tarixindən 5 Fevral 2021 tarixinə qədər müddətdə 1365 erməni əsgərinin cəsədi tapılıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB