“Vətəni tanı” Ümumrespublika Kampaniyası çərçivəsində Yardımlıda növbəti seçim turu keçirilib

“Vətəni tanı” Ümumrespublika Kampaniyası çərçivəsində Yardımlıda növbəti seçim turu keçirilib

Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi "Vətəni tanı" Ümumrespublika Kampaniyası öz seçim turlarını Yardımlıda davam etdirib. Şuranın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yardımlı şəhərində baş tutan tədbiri Milli Şuranın regionlarla iş üzrə departamentinin rəhbəri Ziya Ağayev həyata keçirib. Rayon təhsil, gənclər və idman idarələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirdə Yardımlıdan olan 150 gənc yarışmada iştirak edib.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə