"Borrell jurnalistlərin hüquqları ilə bağlı narahatlığını bildirmədi" Mariya Zaxarova

"Borrell jurnalistlərin hüquqları ilə bağlı narahatlığını bildirmədi" Mariya Zaxarova

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, Latviyadakı rusdilli jurnalistlərin ətrafındakı vəziyyətlə əlaqədar olaraq insan hüquqları, söz azadlığı ilə bağlı hər hansı bir "dərin narahatlıq" ifadə etmədi. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharovaya məxsusdur.
Qeyd olunur ki, Avropa Birliyinin Yüksək Nümayəndəsi Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Nəzərə çatdırılır ki, mətbuat konfransında Borrell, Latviyadakı jurnalistlərlə bağlı vəziyyətdən danışaraq, onlara qarşı məhkəmə araşdırmalarının qanunauyğunluq prinsiplərinə uyğun olaraq nəzərdən keçiriləcəyinə ümid etdiyini bildirib.
"İnsan hüquqları, söz azadlığı ilə əlaqədar "dərin bir narahatlıq" yoxdur. Ümumiyyətlə, bundan söhbət belə gedə bilməz. Onların bütün iddialarına belə cavab verəcəyik. "Əmin olun ki, qanunçuluq prinsipinə uyğun olaraq davranacağıq və hər bir vətəndaşın əsas hüquq və azadlıqlarına hörmətlə yanaşılır", deyə Zaxarova öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, rusdilli latviyalı jurnalistlər, həmçinin Baltnews və Sputnik portalları ilə əməkdaşlıq edənlər AB sanksiya rejiminin pozulması maddəsi ilə ittiham olunublar. Onlar barədə axtarış elan edilib və ölkəni tərk etməmək barədə dillərindən iltizam alınıb. İttihamlar Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi – Avropa İttifaqının sanksiya rejiminin pozulması ilə bağlıdır, hansı ki, barələrində pul cəriməsindən həbs cəzasına qədər cəza irəli sürülmüşdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə