Rusiya ilə AB arasında hələ də bir sıra mövzularda fikir ayrılıqları var, ancaq əməkdaşlıq üçün fürsətlər axtarmaq vacibdir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell dilə gətirib.
Onun sözlərinə görə, tərəflərin əməkdaşlıq edə biləcəyi və çalışmalı olduğu sahələr var, çünki bu halda yaxşı nəticələr əldə ediləcəkdir.
"Ortaq bir dil və qarşılıqlı anlaşma sahələrini tapmaq lazımdır. Səfərimin məqsədi budur. Bu, yalnız ilk addımdır. Hələ də bir neçə məsələdə fikir ayrılığımız var, amma buna baxmayaraq, müxtəlif sferalarda axtarış aparmaq lazımdır. Bir razılığa gələ və əməkdaşlıq edə bilərik”, deyə Jozep Borrel bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB