Avropa Birliyini etibarsız bir ortaq adlandırdı Sergey Lavrov

Avropa Birliyini etibarsız bir ortaq adlandırdı Sergey Lavrov

Rusiyaya qarşı mümkün sanksiyalar Avropa Birliyinin daxili işidir, Rusiya tərəfi Avropa İttifaqının etibarsız bir tərəfdaş olduğuna əsaslanaraq öz işini, həyatını qurur. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borrell ilə keçirdiyi mətbuat konfransında söyləyib.
“Biz buna Avropa Birliyinin daxili məsələsi kimi yanaşırıq. Artıq qeyd etdiyim kimi, Avropa Birliyinin getdikcə daha çox qanuni əsası olmayan birtərəfli məhdudiyyətlərə müraciət etməsinə alışmışıq”, deyə Lavrov bəyan edib.
Sergey Lavrov danışıqların daha konstruktiv bir trayektoriya tapmağa kömək edəcəyinə ümid etdiyini deyib.
“Ümid edirəm ki, yaxınlaşan strateji icmal Avropa Birliyinin yaxın qonşuluqdakı əsas maraqlarına diqqət çəkəcəkdir. Ümid edirəm, bugünkü danışıqlar daha konstruktiv bir trayektoriya tapmağa kömək edəcəkdir. Buna hazırıq”, deyə XİN rəsmisi bildirib.
Xatırladaq ki, bir qədər əvvəl, Borrel ilə görüşdə Lavrov Rusiya ilə Avropa Birliyi arasında münasibətlərdə normallığın olmadığını qeyd etmişdi. Onu da qeyd edək ki, Borrell Moskvaya səfərindən əvvəl Rusiyanın Avropa Birliyi üçün dialoqun davam etdirilməsində vacib olduğu bir tərəfdaş olaraq qaldığını söyləmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə