Sutkada 16 688 koronavirusa yoluxma hadisəsi qeydə alınıb Rusiyada

Sutkada 16 688 koronavirusa yoluxma hadisəsi qeydə alınıb Rusiyada

Rusiyada son 24 saat ərzində 16 688 yeni koronavirus infeksiyasına yoluxma hadisəsi müşahidə edilib. SİA Rusiyaya məxsus kommersant.ru saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, artıq bu xəstəliyə yoluxanların ümumi sayı 3.934.606-ya çatıb.

Məlumatda qeyd olunur ki, bir gün əvvəl 16.714 yoluxma hadisəsi aşkar edilmişdi. Nəzərə çatdırılır ki, ən çox yeni hal paytaxt Moskvada qeydə alınıb və ölün hallarının sayına görə də Rusiya paytaxtı birinci yerdədir.

Xatırladaq ki, 18 yanvar tarixindən Rusiyada əhalinin COVID-19-a qarşı geniş miqyaslı peyvənd olunmasına başlanılıb. İndiyə qədər vətəndaşlar yalnız Qamaleya Mərkəzindəki “Sputnik V” koronavirus peyvəndi ilə peyvənd oluna bilərlər. Peyvəndin effektivliyi 90% həddində təsdiqlənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə