Bu gün Azərbaycanda hər kəsə məlumdur ki, ölkəmizin Avropada birinci və ən yaxın ticarət tərəfdaşı İtaliyadır. Azərbaycanın İtaliya ilə siyasi əlaqələr də yüksək səviyyədədir. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkələr sırasındadır. Azərbaycanla İtaliyanın dövlət və hökümət başçılarının mütəmadi xarakter alan qarşılıqlı səfərləri ölkələr arasında siyasi münasibətləri, yüksək səviyyəyə qaldırmaqla yanaşı, iqtisadiyyatın bir sıra sahələrində çoxsaylı layihələrin icra edilməsinə zəmin yaradır. Azərbaycanın korbohidrogen ehtiyatlarının Avropada ən böyük idxalçısı İtaliyadır. İtaliya həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icra edən tərəfdaş ölkələrin ön sıralarındadır. Neft və qaz sektoru ilə yanaşı İtaliya şirkətləri Azərbaycanın inşaat sektorunda, kənd təsərrüfatı və ağır sənaye sahələrində də bir çox layihələr icra edir.
Son illər İtaliyanın şirkətləri Azərbaycanın qeyri-neft sektoruna böyük məbləğdə sərmayələr yatırmışdır. Belə şirkətlərdən biri də dünya səviyyəli “Maire Tecnimont” şirkətidir. İndiyədək bu şirkət dəyəri 1,6 milyard dollar olan layihələrə cəlb edilib.2018-ci ilin iyul ayında bu şirkətin iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkında yerləşən “SOCAR Polymer”layihəsinin Polipropilen zavodunun açılışı olmuş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı İtaliyanın Prezidenti cənab Sercio Mattarella iştirak etmişlər.Altı ay sonra isə bu layihə çərçivəsində Polietilen zavodunun açılışı omuşdur. Ən yüksək texnologiyaya malik olan bu zavodlarda 500-dən çox yeni iş yeri yaradılıb. Bu zavodlarının istismara verilməsi nəticəsində 300 min ton məhsul istehsalı nəzərdə tutulmuşdur ki, bunu da 70 % ixrac təyinatlıdır. Artıq 7 ildən çox müddət ərzində Azərbaycanda fəaliyyət göstərən bu şirkət yeni niyyətlərlə olkəmizə səfər etmişdir.3 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyəti ilə videoformatda görüşü zamanı Cənab Prezident həmin şirkətin Azərbaycanda fəaliyyətindən razı qaldığını bildirmiş, İtaliya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etmiş,Vətən müharibəsi dövründə İtaliya xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu, İtaliya mətbuatının Qarabağ probleminin həllinə obyektiv yanaşmasını vurğulamışdır.
Vətən müharibəsində möhtəşəm qələbədən sonra Azərbaycanda yeni dövr başlayır. Erməni vandalları tərəfindən hər şey məhv edilmiş, hər şey sıfırdan başlamalıdır. İndi işğaldan azad edilmiş ərazilərin bərpası məsələsi dövlətimizin qarşıya qoyduğu ən mühüm məsələlərdəndir. Hazırda Qarabağ bölgəsində bərpa işlərinə hazırlıq gedir. Bununla əlaqədar artıq Azərbaycan hökuməti dost İtaliya şirkətlərinə bərpa və quruculuq işlərinə dəvət etmişdir. Bu şirkətlərin sayı getdikcə artacaqdır. Görüş zamanı məlum olmuşdur ki, İtaliya-Azərbaycan dostluğunun təzahürü kimi Bakıda İtaliya-Azərbaycan Universiteti təssis edilmiş və artıq universitetin yaradılması ilə bağlı işlərə başlanmışdır. Qeyd etmək lazımdır ki, Universitetin təşkili və fəaliyyətə başlaması, gələcəkdə müasir və yüksək texnologiyalara əsaslanan sənaye sahələrini kadrlarla təmin etməklə yanaşı ölkələrimiz arasında dostluq əlaqələrinin gücləndirilməsində də mühüm rol oynayacaqdır. “Maire Tecnimont” şirkəti ilə SOCAR arasında əməkdaşlığının gücləndirilməsi, yeni texnologiyalara əsaslanan yeni layihələrin həyata keçirilməsi, xüsusilə “yaşıl kimya” adlandırılan sahələrin inkişafı ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoruna öz töhvələrini verməklə yanaşı İtaliya-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. İtaliya şirkətlərinin həmçinin cənab Prezidentin Qarabağ bölgəsində, azad olunmuş bütün ərazilərdə elan etdiyi “yaşıl enerji zonası” nı təşkilində, orada “ağıllı şəhər”, “ağıllı kənd” adlanan müasir layihələrin icrasında da iştirakı nəzərdə tutulur.
Bir sözlə Azərbaycan- İtaliya münasibətlərinin inkişafında yeni səhfə açılır və bu dostluq münasibətlərindən hər iki dövlətin xalqları uzun zaman bəhrənələnəcklər.
Ramiz Göyüşov,
YAP Binəqədi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB