Ermənistanda dərc edilən “Hraparak” qəzetinin yazdığına görə, “dqr”in “prezidenti” Araik Arutunyan saxta hakimiyyətini saxmamaq üçün müxtəlif adamlara pul paylayır. SİA-ya daxil olan məlumata görə, Arutunyan bu vasitə ilə Rusiya tərəfinə göstərməyə çalşır ki, guya o müstəqil oyunçudur və Nikol Paşinyana heç bir aidiyyatı yoxdur. Halbuki o, bütünlüklə Paşinyanın təsir sferasında qalmaqdadır.
Qəzetin yazdığına görə, təkcə son ayda onu mütəmadi şəkildə İrəvana çağırıblar, ötən həftə isə Arutunyan Rusiyaya şəxsi səfər edib. “Bizim Moskvadakı mənbələrimizin bildirdiklərinə görə, səfərin əsas məqsədi Qarabağ “prezidentinin” başqa insanların adlarına sənədləşşdirilmişş biznesi ilə bağlı problemlərin həll edilməsindən ibarət olub”, yazan “Hraparak” əlavə edib ki, son zamanlar Arutunyan özünün köhnə və yeni əhatəsindən xahiş edir ki, onlar “artsaxa” yardımlar etsinlər.
“O, paralel olaraq müxtəlif adamlara pul paylayır ki, öz hakimiyyətini qoruyub-saxlasın. Bundan əlavə, Araik Arutunyanın “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla da münasibətləri dramatik həddə çatmaqdadır. O, təhlükəni hiss edir və hakimiyyətini möhkəmləndirməyə çalışır”, deyə erməni qəzeti yazır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB