Millət vəkili: “Hazırki dönəmdə Gürcüstan Qərb üçün, Ermənistan Rusiya üçün eyni missiyanı daşımaqdadır” - MÜNASİBƏT

Millət vəkili: “Hazırki dönəmdə Gürcüstan Qərb üçün, Ermənistan Rusiya üçün eyni missiyanı daşımaqdadır” - MÜNASİBƏT

"Hazırki dönəmdə Gürcüstan Qərb üçün, Ermənistan Rusiya üçün eyni missiyanı daşımaqdadır". Bu sözləri milət vəkili Zahid Oruc SİA-ya verdiyi açıqlamasında deyib. Gürcüstanın Azərbaycana olan mövqeyindən narazılığını bildirən millət vəkili söyləyib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinə münasibətində mövqeyi Azərbaycanın Osetiya və Abxaziyanı müdafiə etdiyi kimi deyil: "Beynəlxalq tədbirlərdə iştirak edən bir insan kimi deyə bilərəm ki, Gürcüstan bir dəfə də olsun özünün rəsmi şəxslərinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tapşırıq verməyib. Onların Azərbaycanın ərazi bütövlüyünə dair çox qeyri-müəyyən bir mövqeyi var. Həmçinin Rusiyaya qarşı qoyulan Gürcüstan bu gün faktiki olaraq Ermənistanla münasibətlərinə, kontaktlarına zərər gəlməməsinə çalışır. Amma həqiqətdə onların Ermənistanla bağlı münasibətlərində çox da böyük problemləri yoxdur. Bu o anlama gəlir ki, Gürcüstan ikili bir xətt yürüdür və Ermənistanı daha artıq ayaqda saxlayan dövlətlərdən biri də Gürcüstandır, bu mənim dəqiq qənaətimdir" .

Azərbaycanla Gürcüstan arasında münasibətlərdə hər hansı bir dəyişikliyə gəldikdə Z.Orucun fikrincə, Gürcüstan özünün regiondakı sırf coğrafi məkan olmaq imkanlarından artıq faydalanaraq və Azərbaycanın xarici iqtisadi siyasi xəttini istismar edir.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın İran, Ermənistan və Rusiya vasitəsilə qərbə çıxış yolu olduğundan yeganə alternativ bir məkan olmasından və bunu sona qədər Azərbaycanın xarici iqtisadi-siyasi xəttini təhdid edərək faydalanmamalıdır: "Bu çox yalnışdır və Gürcüstanın gələcək maraqlarına zərbə ola bilər. Hesab edirəm ki, Gürcüstan dövləti bunu nəzərə almalıdır. Gürcüstanın Ermənistana yönəlik güzəşətli mövqeyi və müttəfiqli münasibəti sonsuzluğa qədər belə davam edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə