Hillari Klinton: \"“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə öz həllini tapmalıdır\"

Hillari Klinton: \"“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə öz həllini tapmalıdır\"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız sülh yolu ilə mümkündür". SİA-nın \"İnterfax\" agentliyinə istinadla verdiyi xəbərə görə ABŞ dövlət katibi Hillari Klinton Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Vaşinqtonda görüşərkən bu bəyanatla çıxış edib. Onun sözlərinə ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli razılaşmaının əldə olunmasına yardımını davam etdirir: "ABŞ-la Ermənistan arasında siyasətdən tutmuş şəxsi münasibətlərə kimi çoxtərəfli əlaqələr var. Bu da bizim üçün çox vacibdir. Ümid edirəm ki, vacib dialoqu davam etdirəcəyik".

Təbii ki, erməni nazir işğal etdikləri torpaqlardan çıxmaq əvəzinə, ABŞ rəsmisindən \"sığallanmaq\" mükafatını aldıqdan sonra xeyli \"xub\" olub. Bunu qarşı tərəfə verdiyi cavabla rəsmiləşdirib: \"Son illər iki ölkə arasında əməkdaşlıq yeni istiqamətdə yüksək səviyyəyə qalxıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə