MDB Dövlət Başçıları Şurasının növbəti iclası sentyabrda Düşənbədə keçiriləcək
MDB Dövlət Başçıları Şurasının növbəti iclası sentyabrda Düşənbədə keçiriləcək. SİA-nın "BELTA" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Minskdə keçirilən mətbuat konfransında bildirib: "Hazırda Şuraya Tacikistan sədrlik edir. Ona görə, biz sentyabrda Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına hazırlaşırıq".
S.Lebedevin sözlərinə görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib: "Onların bir hissəsi dar formatda nəzərdən keçirilib, qalan hissəsinə isə geniş tərkibdə baxılacaq. Tam razılaşdırılmayan məsələlərdə vardır". Qeyd edək ki, Minskdə keçirilən iclasda ölkəmizi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB