Əgər Ermənistan razılaşmanın şərtlərinə əməl etməsə... - ŞƏRH ÖZƏL
"Ermənistanın Qazağın Əskipara kəndi istiqamətində Azərbaycan Sərhəd Qoşunları bölmələrinə qarşı təxribatlar törətməsi Ermənistan daxilində siyasi böhrandan irəli gəlir. Çünki Ermənistanda seçkilər qabağı Paşinyana qarşı Qarabağ klanı iə yanaşı orduda müəyyən narazı generallar formalaşıb. Onlar çalışırlar ki, Azərbaycanı bu kimi təxribatlara cəlb etsinlər. Nəticədə, Paşinyanın mövqelərini daha da zəiflətsinlər və ona qarşı xalqın növbəti etirazlarının yenidən formalaşdırılmasına impul versinlər". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, Ermənistanın bu təxribatı həm də orduda gedən fikir ayrılıqlarının nəticəsidir: "Artıq Paşinyan orduya müəyyən dərəcədə nəzarət edə bilmir və bu təxribatlarla Ermənistanın dövlətçiliyini təhlükəyə atırlar. Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistana vurduğu ciddi zərbələr unudula bilməz və lazım gələrsə, bu zərbələr yenidən vurula bilər. Prezident İlham Əliyevin də Qubadlıda və Şuşada dəmir yumruğu bir daha göstərdi və bununla da Ermənistan təxribatlara davam edərsə, bunun Ermənistan üçün acınacaqlı nəticələri olacağı barədə xəbərdarlıq etmiş oldu. Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasının problemsiz həll olunması üçün çalışır".
M.Əsədullazadə vurğulayıb ki, Qazağın 7 kəndinin işğaldan azad olunaraq Azərbaycana təhvil verilməsi barədə 10 noyabr razılaşması var və görünür ordudakı generallar bu torpaqların Azərbaycana təhvil verilməsinin qarşısını almağa çalışırlar: "Azərbaycanın bir neçə saat hərbi əməliyyatları nəticəsində bu 7 kənd Azərbaycanın nəzarətinə keçə bilər. Sadəcə olaraq Azərbaycan yenə də sülhə və təhlükəsizliyə üstünlük verir. Ümid edir ki, danışıqlarla bu məsələ öz həllini tapacaq. Əgər Ermənistan tərəfi bu 7 kəndi Azərbaycana təhvil verməsə, bunun nəticəsi onlar üçün ağır olacaq. Bunun müqabilində hər hansı beynəlxalq və regional təşkilatların Azərbaycana təziq mexanizmi olmayacaq. Çünki bu 7 kənd Azərbaycan ərazisidir və Azərbaycan bu kəndlər ərazisində hərbi əməliyyatlar keçirə bilər. Fikrimcə, Ermənistanda fikir ayrılıqları və siyasi xaos davam edəcək və əgər razılaşmalara əməl edilməsə nəticə Ermənistan üçün yeni bir siyasi və hərbi fəlakətə yol açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB