"Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanın Stepanakertdə olması kifayət edirdi ki, azərbaycanlılar şəhərin mərkəzini bombalamasınlar". SİA-nın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, bunu psixoloq Mirdat Madatyan jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, səbəb onun azərbaycanlılarla aktiv əlaqədə olmasıdır, buna görə şəhərin mərkəzinə bir dənə də mərmi düşməyib: "İnsanlar "Paşinyan ailəsi"nin müharibə, minlərlə qurban olmadığı kimi yaşadığını və hər şeyi şouya çevirdiyini gördü. Belə bir insan özünü günahkar hiss edə bilməz, çünki hakimiyyətə niyə gəldiyini əvvəlcədən bilirdi. Günahkarlıq hissi ilə 9 noyabrda özünü güllələməli idi, ancaq erməni xalqına yaşatdıqlarının bəhrəsini görür. Onları narahat edən tək şey, erməni xalqı tərəfindən linç olunmaq qorxusudur və təhlükəsizliklərinin təminatlarını düşünürlər”.
Madatyan qeyd edib ki, Paşinyan əvvəllər cəmiyyətin diqqətini problemin üzərində cəmləşdirirdisə, indi Nikol qəsdən insanların diqqətini bir neçə sahəyə yönəldir: mühacirət, sərhədlər, itkin düşənlər, məhbuslar, etirazçılar. Diqqəti Qarabağ problemindən yayındırmaq üçün cəmiyyəti yenidən parçalayır.
Onun sözlərinə görə, xalqın apatiyası var və siyasətçilərə etibarını bərpa etmək onsuz da çətin olacaq, amma onlara bu ümidi vermək, güclü bir dövlət quracaq güclü bir liderə ehtiyac olduğunu aydınlaşdırmaq vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB