“Bu erməni namussuzlar, vicdansızlar, hələ bir məhkəməyə də müraciət edirlər” ÖZƏL-MÜNASİBƏT
“Ermənistanın Azərbaycana qarşı Avropa Şurasının insan hüquqları Məhkəməsində iddia qaldırması anormallıqdır və gülüş doğurur”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistan özü terrorçu dövlətdir: “Ermənistan Azərbaycanın torpaqlarını işğal etmiş və 1 milyondan çox insanı yerindən, yuvasından didərgin salmışdı. Bu mənfur dövlət Xocalıda soyqırımı aktı törədib. Günahsız insanları qıranda siz ermənilər insan hüquqlarına riayət edirdiniz? Bu gün o məhkəmənin üzvləri gəlsin Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın halına baxsınlar. Zəngilanda qəbiristanlıqlarda mərhumların cəsədini çıxardıb qızıl dişlərini söküblər. Sizlər cinayətkarsınız və bu baxımdan nə haqla və kimə şikayət edirsiniz? Əgər işğaldan azad edilmiş ərazilərdə Azərbaycan ordusu bayrağını sancmaq üçün bir dənə də olsun sağlam bina tapmayıbsa, hər şeyi xarabaya çeviriblərsə, gözəl abad bir məkanın daşını-daş üstə qoymayıblarsa, hansı hüquqdan danışırlar? Bu erməni namussuzlar, vicdansızlar, hələ bir məhkəməyə də müraciət edirlər”.
Q.Hüseynli bildirdi ki, 44 günlük Vətən Müharibəsi dövründə bir dənə də olsun erməni mülki insanın burnu belə qanamayıb: “Onlar İsgəndər tipli raketlərdən Azərbaycanın şəhər və qəsəbələrinə qarşı atəş açıblar. 2 dəfə Gəncəyə, 2 dəfə də Bərdəyə açılıb və 100-dən çox dinc əhalini, müharibə ilə əlaqəsi olmayan adamı öldürüblər. 1000-ə yaxın insan isə ağır bədən xəsarəti alıb, yüzlərlə ev dağıdılıb. Onlar vicdanlarına “sus” deyib hər cür yalanı danışmağı bacarırlarsa, biz olan həqiqətləri hələ ki, dünya ictimai rəyinə çatdıra və onları inandıra bilməmişik. Yaxşı ki, xarici ölkələrdən 5-6 jurnalist gəldi və erməni vəhşiliklərinin hamısını gördü, çəkdi apardı və göstərdi. Biz erməninin bir qarış torpağını işğal etmişik və ya bir nəfər erməni mülki əhalisinin burnunu qanatmışıq? Yox. Bu, milli azadlıq müharibəsi idi, özü də işğalçıya qarşı. İşğalçı ilə necə davranılmalıdır? İşğalçı ilə işğalçı kimi davranırlar. Hələ bütün bunlara baxmayaraq, yenə də Azərbaycan tərəfi əsirlərin hamının hamıya prinsip üzrə qaytarır. Azərbaycanda 62 erməni terrorçusu var ki, onlar ərazilərimizə, ordu hissəsinə hücum edərək 4 nəfərin qətlinə bais olublar. Onları həbs edərək həbsxanada saxlayırıq və onlarla da normal şəkildə davranılır. Onlar terrorçudurlar və cəzalarını da alacaqlar. Bir sözlə, ermənilər bütün cinayət əməllərinə görə, cavab verməli olacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB