Lavrov ikili standartlardan danışdı Rusiya mətbuatı yazır

Lavrov ikili standartlardan danışdı Rusiya mətbuatı yazır

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyada və Qərbdə nümayişlərin mediaya açıqlanmasında ikili standartların tətbiqi barədə danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya XİN başçısı iordaniyalı həmkarı Ayman Hüseyn Abdullah əs-Səfadi ilə danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bu barədə öz fikirlərini açıqlayıb.

"Rusiyadakı hadisələrin və Qərbdəki müxalifət nümayəndələrinin çıxışlarının işıqlandırılması da ikili standartlardan əziyyət çəkir", deyə Lavrob bəyan edib.

Onun sözlərinə görə, Rusiyadakı hadisələri işıqlandırdıqda nümayişçilərin hərəkətlərinə praktik olaraq yalnız polisin reaksiyasını göstərirlər və nümayişçilərin hərəkətləri pərdə arxasında qalır: "Baxmayaraq ki, İnternetdə onların Moskvada və Rusiyanın digər şəhərlərində nə qədər aqressiv olduğunu görmək asandır. Qərb mediası öz ölkələrindəki eyni hadisələri işıqlandırdıqda, şüşələrin qırılması, maşınların yandırılması kimi nümayişçilər tərəfindən törədilən vəhşilik nümayiş etdirir, lakin polis vəhşiliyini gizlədir. Məsələn, Amerikada polis maşını Asfalt üzərində uzanan nümayişçilərin cəsədlərinin üstündən keçir, amma bu pərdə arxasında saxlanılır və yalnız sosial şəbəkələrdə bu görüntülər tapıla bilər".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə