Son bir gündə Rusiyanın 85 bölgəsində 16.474 yeni koronavirus infeksiyasına yoluxma hadisəsi aşkar edilmişdir. SİA Rusiyaya məxsus RenTV-yə istinadən xəbər verir ki, Əməliyyat Qərargahı bunların 10,6% -ində xəstəliyin klinik təzahürlərinin olmadığını bildirib.
Qeyd olunur ki, ən çox yeni yoluxma hadisəsi Sankt-Peterburqda (1916), Moskvada (1545) və Moskva bölgəsində (773) aşkar edilmişdir. Həmçinin nəzərə çatdırılır ki, gün ərzində 526 ölüm hadisəsi qeydə alınıb, 24 822 nəfər tamamilə müalicə edilib.
Xatırladaq ki, bir gün əvvəl, Rusiya Federasiyasında 24 saat ərzində COVID-19 virusuna 16 643 yoluxma hadisəsi qeydə alınmışdı.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB