Pandemiyaya məruz qalan avrozonanın ümumi daxili məhsulu (ÜDM) 2020-ci ildə tarixi 6.8% azalma ilə üzləşib və bu, Avropa Komissiyası tərəfindən gözləniləndən də daha sərt olub. SİA xəbər verir ki, “Le Figaro” nəşri çərşənbə axşamı günü Eurostat statistika idarəsinin açıqladığı ilk hesabata istinadən bu barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, noyabr ayındakı proqnozlarında Brüssel illik nisbətdə 7.8% eniş gözləyirdi, lakin dördüncü rübdə ÜDM əvvəlki rübdən də 0,7% azalıb. Bildirilir ki, Avropa Birliyinin bütün 27 ölkəsi üçün tənəzzül bir qədər də aşağı olub.
Keçən il ÜDM ABŞ-da 3,5 %, Rusiyada 3,1 % düşüb. Yəni, yaz aylarında əksər Avropa ölkələrində tətbiq olunan sərt qapanma tədbirləri kimi, payız mövsümündə də Covid-19 pandemiyasının ikinci dalğasına qarşı məhdudlaşdırıcı tədbirlərə qayıtma çox baha başa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB