"Vaşinqtonun əsas hədəfi İrana sanksiyaları yumşaltmaqla..." POLİTOLOQ ŞƏRH ETDİ

"Vaşinqtonun əsas hədəfi İrana sanksiyaları yumşaltmaqla..." POLİTOLOQ ŞƏRH ETDİ

“ABŞ İran arasında buzların əriməsi, Bayden administrasiyasının 2015-ci il nüvə anlaşmasına qayıtması, regionda yeni bir siyasi mərhələnin başlanmasına gətirə bilər. Vaşinqtonun əsas hədəfi İrana sanksiyaları yumşaltmaqla Rusiya, Çin və İran siyasi birliyinin qarşısını almaqdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, C.Bayden Tehranla nüvə anlaşması çərçivəsində 2015-ci ildə olduğu kimi sanksiyaları ləğv etsə, Tehran nə nüvə araşdırmalarından, nə də ballistik raket siyasətindən geri çəkilməyəcək: “Məhz B.Obamanın prezidentliyi dönəmində İrana sanksiyaların yumuşaldılması, heç də bu ölkənin öz iddialarından əl çəkməsinə gətirib çıxarmadı. İran məhz nüvə sazişindən sonra sanksiyaların götürülməsi nəticəsində ölkəyə daxil olan milyardlarla dolları ölkənin iqtisadi və sosial inkişafına deyil, İraqda, Suriyada və Yəməndə öz hərbi qüvvələrini yerləşdirməsinə, yeni silahlı birləşmələr yaratmasına, öz siyasi-hərbi qüdrətini Yaxın Şərqdə gücləndirməyə xərclədi. Həmçinin, öz nüvə fəaliyyətini davam etdirməklə yanaşı, ballistik raket sınaqlarını keçirdi.

Göründüyü kimi, Vaşinqtonun 2015-ci il Tehran siyasəti nəticəsində İran Yaxın Şərqdə güclənərək, regionda ABŞ-ın strateji maraqlarının qaşrısnı aldı. Trampın hakimiyyətə gəlməsi B. Obamanın yanlış İran siyasətinə düzəliş etmiş oldu. Nüvə razılaşmasından birtərəfli çıxaraq İrana qarşı sanksiyalar tətbiq edildi. Məhz bunun nəticəsidir ki, İran Yaxın Şərqdə zəifləyib və iqtisadi vəziyyəti ağırlaşıb. C.Bayden İranla nüvə sazişinə gedəcəyi təqdirdə, sanksiyaları götürərsə, Tehran öz tarixi əhəməni siyasətini davam etdirib, Yaxın Şərqdə hərbi mövcudluğunu inkişaf etdirəcək, Aralıq dənizinə çıxacaq. Livan, Suriya, İraq, Yəməndə hərbi fəaliyyətini inkişaf etdirəcək, Səudiyyə Ərəbistanına qarşı huslilər vasitəsilə hücumlar edəcək, İsrailin təhlükəsizliyini təhdid edəcək.

Bundan əlavə, Tehran Cənubi Qafqaz siyasətində siyasi-hərbi mövqeyini gücləndirmək üçün təzyiqlərə başalayacaq. Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi, regionda yeni bir siyasi-hərbi nizam formalaşdırıb. Türkiyə regionda öz mövqeyini gücləndirb. Bu da İranı narahat edən faktorlardan biridir. İran rəsmilərinin regiona ardıcıl səfərləri göstərir ki, Tehran Cənubi Qafqaz siyaətində aktiv olmağa çalışır. Əgər İrana qarşı sanksiyalar götürülsə, İran bu vəsaitlər vasitəsilə hərbi imkanlarını genişləndirəcək, nüvə araşdırmalarını inkişaf etdirib, hətta gizli bu silahı əldə edə edəcək. Bununla İran regional təhdidə çevriləcək.

Tehran rejimi bu gün məzhəbsəl siyasəti arxasında tarixi fars əhəməni imperiyasının dirçəldilməsinə çalışır. Bu region xalqları üçün təhdiddir və ABŞ-ın bu ölkəyə sanksiyaları qaldırması regionda sülhə və təhlükəsizliyin təhdidinə gətirəcək.

İranın güclənməsi, Xəzər dənizində öz həmlələrini Azərbaycana qarşı davam etdirməsi mükmündür. Xəzər dəznizində İranla razılaşma əldə edilməyib. Ermənistanla sıx siyasi-hərbi əlaqələrini inkişaf etdirib,Yerevanın Qarabağa qarşı öz iddialarına dəstək verə bilər.

İrana qarşı sanskiyaların genişlənməsi, bu ölkənin regional təhdid siyasətinin qaşısını alır. İran elə bir ölkədir ki, bu ölkəni dirçəltsən, sabah özünə qarşı olacaq. Ona görə də İsrailin İrana qarşı fəaliyyəti regionda sülhə və təhlükəsizliyə xidmət edir. ABŞ İrana qarşı sanksiyaları qaldırsa, İsrail Tehrana hücum edə bilər. Bu da ABŞ üçün gözlənilməz bir siyasi vəziyyətdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə