Almaniyada koronavirus səbəbiylə ölənlərin sayı 58 minə yaxınlaşıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu, Almaniyanın Səhiyyə Nazirliyinin ölkədə COVID-19-un statistikasını aparan Robert Kox İnstitutunun məlumatlarına əsaslanır.
Məlumata görə, son bir gündə Almaniyada COVID-19 xəstəsi olan 861 nəfər ölüb, epidemiyanın başlanğıcından bəri ölkədə 57.981 ölüm qeydə alınıb.
Gün ərzində 6 114 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib, ümumi say 2 228 085-ə çatıb və bütün dövr ərzində 1,95 milyon sağalma hadisəsi qeydə alınıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB