Karantin tədbirlərinə qarşı etirazlar şiddətlənir Avropada

Karantin tədbirlərinə qarşı etirazlar şiddətlənir Avropada

Avropa ölkələri rus peyvəndinə fəal maraq göstərirlər və Almaniyada bir daha ondan istifadə etmək istədiklərini dilə gətiriblər. SİA RenTV-yə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Jens Spahn bunun üçün heç bir maneə görmədiyini söyləyib.

"Əgər peyvənd təhlükəsiz və effektivdirsə, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq, təbii ki, pandemiya ilə mübarizədə kömək edə bilər. Əsas odur ki, bazara giriş Avropa hüquqlarına uyğun olsun", deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladılılr ki, bir qədər əvvəl Angela Merkel, “Sputnik V”-nin rəsmi təsdiqləmə prosedurunu dəstəyini ifadə edib. Həmçinin qeyd olunur ki, Çex Respublikasının Prezidenti Miloş Zeman da vətəndaşlara bu vaksindən istifadə etmələri üçün müraciət edib.

Nəzərə çatdırılır ki, Pfizer və digər peyvəndlərin hələ də istifadəsi ləngiyir, dərmanın daşınması çətindir və istehsalı lazımi tempdə deyil. Buna görə Avropa ölkələri yeni məhdudiyyətlərlə özlərini xilas etməyə çalışırlar və nəticədə etirazlara səbəb olur.

Diqqətə çatdırılılr ki, Karantin tədbirlərinin əleyhdarları Hollandiya, Belçika, Danimarka və Avstriyada yürüş təşkil ediblər və hətta Vyanada etiraz aksiyası polislə toqquşmalara səbəb olub, onlarla nümayişçi nəzarətə götürülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə