"Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olan qeyri-qanuni silahlı birləşmələri tərkibində yer almış yaraqlıların təkrsilah edilmələri ilə bağlı qəti qərarlar vermək və Azərbaycanın ərazisində Rusiya sülhməramlılarının nəzarəti altında qanunsuz fəaliyyətlərini davam etdirən qondarma qurumun idarəetmə orqanlarını buraxmaq lazımdır". SİA xəbər verir ki, bunu Rusiyanın tanınmış politoloqu İqor Korotçenko özünün teleqram səhifəsində yazıb.
Onun fikrincə, Azərbaycan vətəndaşlarına qarşı terror aktları keçirən ermənilər silahlıları Azərbaycanda ədalət məhkəməsinə verilməlidirlər.
"Əks halda sülh olmayacaq", deyə Korotçenko vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB