Qarabağda sülhəməcburetmə və ya anti-terror əməliyyatları olacaqmı? ANALİTİK

Bu dəfə “güc strukturu” formalşdıran quldur rejimin başçısı Araik Arutunyan bu ərazilərin Azərbaycanın tərkibində hətta hər hansı statusla da ola bilməyəcəyini bildirib

Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində hələ də fəaliyyət göstərən qondarma “dqr” quldur rejimi təxribatçı əməllərini davam etdirirlər. SİA xəbər verir ki, br müddət əvvəl “güc strukturu” formalaşdıran quldur rejimin rəhbərliyi “polis”, “fövqəladə hallar” kimi saxta fəaliyyət qurumları yaratdıqlarını bəyan ediblər.

Lakin bununla işlərini başa çatmamış hesab edən rejim indi də “artsaxın” beynəlxalq aləmdə tanınması prosesini başlatdıqlarını bildirirlər. Bu haqda yazan erməni KİV-ləri bəyanatın Azərbaycan tərəfindən axtarışa verilmiş Araik Arutunyan tərəfindən səsləndirildiyi qeyd olunur. Aşkar təxribatçılıq, eləcə də sülhə hazır olmama gerçəkliyini ortaya qoyan “dqr”in “prezidenti” bu ərazilərin Azərbaycanın tərkibində hər hansı statusla ola bilməyəcəyini də bildirib.

Digər tərəfdən, Araik Arutunyan bu bəyanatını quldur rejimin yeni “DİN”nin rəhbəri Kren Sarkisyanın təqdimatı zamanı səsləndirib. Təxribatçı quldur bildirib ki, Qarabağı inkişaf və bərpası üçün uzun və çətin yol gözləyir.

Yəqin ki, vəziyyətin ciddiliyinin fərqinə varmayan, ya da varmaq istəməyən quldur və terrorçu rejim səlahiyyətliləri hələ də nəyəsə, haralarasa güvənirlər

Görünür, erməni terrorçularının və quldur qalıqlarının son nəfəslərinin verilməsi zamanı çatıb və söz yox ki, belə təxribatlar davam edərsə Azərbaycan dövləti ərazi bütövlüyünə daxil olan Xankəndini və digər yerdə qalan bölgələri qısa müddət ərzində onlardan təmizləməli olacaq. Belə ki, beynəlxalq aləm tərəfindən tanınan ərazi bütövlüyümüzün tam bərpası planı qüvvədədir və Araik Arutunyanın qış yuxusuna gedərək, bənzər sayıqlamalarla çıxış etməsi ona və ətrafına çox baha – hətta 44 günlük müharibədən də betər və baha başa gələ bilər.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət etdiyi çıxışlarının hər birində bu barədə danışıb və vurğulayıb ki, səbrimiz yenidən tükənə və 44 günlük müharibədə vurulan sarsıdıcı zərbələrdən daha güclü zərbələr düşmənin başını əzə bilər. Yəqin ki, vəziyyətin ciddiliyinin fərqinə varmayan, ya da varmaq istəməyən quldur və terrorçu rejim səlahiyyətliləri hələ də nəyəsə, haralarasa güvənirlər. Əbəs deyil ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatda erməni əhalinin Xankəndinə köçürlməsi prosedurunun pozulması faktlarına da malikdir və səbrini gözləməyə davam edir. Amma..!

Rusiya Federasiyasının üçtərəfli bəyanatda imzası olduğuna görə, sözügedən sərsəmliklərə münasibət bildirməməsi də Azərbaycan cəmiyyətində haqlı şübhələr və suallar doğurmaqdadır

Amma digər tərəfdən, hiddət doğuran məqamlardan biri də Ermənistanın əldə edilmiş üçtərəfli bəyanata ümumiyyətlə, yaxud tam şəkildə əməl etməməsi faktlarıdır. Bu ölkənin dövlət rəsmilərinin Xankəndinə səfərləri, quldur rejimin rəhbərliyi ilə görüşlər keçirmələri kimi halların hər biri qeydə alınır və söz yox ki, cavabı çox ağır ola bilər.

Habelə, Rusiya sülhməramlılarının baş verənləri sadəcə izləmələri, özəlliklə, Rusiya Federasiyasının üçtərəfli bəyanatda imzası olduğuna görə, sözügedən sərsəmliklərə münasibət bildirməməsi də Azərbaycan cəmiyyətində haqlı şübhələr və suallar doğurmaqdadır. Bu gün Xankəndində və s. rusların nəzarəti altında olan yerlərdə terrorçuların şəkillərinin asılması, əski parçalarının dalğalanması da bunu isbat edir. Bütün bunlar isə istər Ermənistanın, istərsə də quldur rejimin sülhə hazır olmaması gerçəkliyini birmənalı olaraq ortaya qoymaqdadır. Sülhə hazır olmama, eyni zamanda Azərbaycanın haqlı mövqeyinə imkan verir ki, növbəti sülhəməcburetmə, yaxud anti-terror əməliyyatlarına başlasın və yerdə qalan problem köklü şəkildə həll edilsin!

Rövşən RƏSULOV

P.S. Azərbaycan xalqı, ölkə ictimaiyyəti birmənalı olaraq Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib və Onun əmrinə müntəzir olaraq dayanıb - düşmən dil uzatmağa davam edəcəksə, onun dilini kəsmək Vətən, dövlət, millət borcumuzdur!

Bütün xəbərlər Facebook səhifəmizdə