Türkiyə Atatürkü coşqu ilə anır

Türkiyə Atatürkü coşqu ilə anır

Bu gün Türkiyədə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" qeyd edilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Ankarada keçirilən tədbirdə dövlət başçısı Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər iştirak ediblər.

Tədbirə qatılanlar Atatürkün mavzoleyinə qədər yürüş ediblər.

İstabulda da 19 may "Atatürkü Anma, Gənclik və İdman Bayramı" xüsusi coşqu ilə qeyd edilir.

Bu il 92-ci dəfə qeyd edilən möhtəşəm bayramın təşkilinə İstanbulda 1728 şagird və 43 müəllim cəlb olunub. Şagirdlərin bir-birindən rəngarəng geyimləri, ağ-qırmızı bayraqlar ortaya möhtəşəm bir görüntü çıxarıb. Müxtəlif milli rəqslər oynayan gənc qız və oğlanlar göz oxşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə