Zelenskinin ofisi yaxınlığında mitinq keçirilir

Zelenskinin Kiyevdəki ofisi yaxınlığında tarif artımlarına qarşı mitinq keçirilir. SİA RİA Novosti Agentliyinin yayımladığı məlumata istinadən xəbər verir ki, bazar ertəsi günü 43 yaşı tamam olan Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin yaxınlığında qaz və elektrik enerjisi tariflərinin artmasına qarşı mitinq keçirilir.
Xatırladılır ki, yanvardan etibarən Ukraynada təbii qazın qiymətləri artıb və səlahiyyətlilər ilk 100 kVt elektrik enerjisi üçün güzəştli tarifi ləğv ediblər. Bununla əlaqədar olaraq, ölkənin müxtəlif bölgələrində tariflərin aşağı salınması tələbi ilə etiraz aksiyaları keçirilir. Bir qədər əvvəl hökumət karantin dövründə qaz qiymətlərinin dövlət tənzimləməsini tətbiq edərək karantin dövründə kubmetri 6,99 qrivna olaraq təyin edib ki, bu da bir sıra bölgələrdə istehlakçılar üçün xərcləri orta hesabla 30% azaldır.
RİA Novosti müxbirinin verdiyi məlumata görə, mitinqdə onlarla insan iştirak edir və onlar Bankova küçəsindəki Zelenski ofis binasının yanında dayanırlar. Ofis binasına daha yaxın dayanmağa polis tərəfindən icazə verilmir. İnsanlar səlahiyyətlilərdən qaz və elektrik tariflərini endirməsini tələb edir, eyni zamanda qanunvericilik səviyyəsində tarif artımlarına qadağa istəyirlər.
Etirazçılar Zelenskinin ad gününü təbrik etmək üçün onun ofisinə gəldiklərini də söyləyiblər. Etirazçılar ona hədiyyə verə bilmək üçün prezidenti onların yanlarına gəlməyə çağırırlar. Etirazçılar əllərində tarif endirimlərini istəyən plakatlar tuturlar. Eyni zamanda, mitinqdə heç kimin siyasi simvolları yoxdur.
Mitinqdə hələlik sakitlikdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə