"Mübarizənin daha da aktiv fazaya keçəcəyi istisna edilmir" POLİTOLOQ FİKRİ

“Müxalifətçinin həbsi insanları küçələrə çıxardı, Rusiyaya qarşı yeni sanksiyaları gündəmə gətirdi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, azadlıqda olan Navalnı Putinə təhdid təşkil etmirdi: “Lakin, onun həbsi insanları meydanlara çıxarır. Məgər Navalnını Dumaya seçdirərək onu ələ almaq mümkün deyildi? Bir vaxtlar Medvedevə qarşı ifşa kampaniyası aparan qüvvələr bu dəfə hədəf kimi Putini seçdilər.

İş orasındadır ki, Rusiyada bağlı qapılar arxasında Putinə qarşı güclü mübarizə gedir. Biz hazırda bu qarşıdurmanın şahidiyik. Bugünkü hadisələr də göstərdi ki, Rusiyanın uzaq şərq regionlarına Moskvanın nəzarəti zəifləyib. Bir çoxları aksiyaları sosial vəziyyətlə bağlayırlar. Lakin sosial narazılığa görə küçələrə orta yaşlı insanlar əvəzinə 16 yaşlı gənclər çıxır. Deməli, küçələrə çıxanların əksəriyyəti heç də kasıblıq dərdi çəkən kütlə deyil”.

Politoloq Navalnını “fiqur” hesab edir. Yaxın günlərdə isə Rusiyada mübarizənin daha da aktiv fazaya keçəcəyi istisna edilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...