Paşinyan 20 yanvar qurbanlarını yad edib? FOTOFAKT

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ 1998-ci ildə “Molorak” qəzetində “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” sərlöhvəliməqalə ilə çıxış edərkən, onun 1990-cı ilin 20 yanvar hadisələrində həlak olan azərbaycanlıların xatirələri qarşısında baş əyməsi etirafı yer alıb. SİA xəbər verir ki, bu barədə ermənilərin ArmVoice teleqram kanalı yazır.

Kanalın qeyd etdiyinə görə, 1998-ci ilin 11 fevral tarixində işıq üzü görən məqalədə Paşinyan sual edir ki, Azərbaycandakı və Türkiyədəki günahsız qurbanlar barəsində söhbət açılarkən nəyə görə ermənilərin təfəkkürü qaralır?

“Mən, 20 yanvarda 1990-cı il Bakı qurbanlarının xatirələrini bir dəqiqəlik sükutla yad etdim”, Paşinyan adıçəkilən məqaləsinin sonluğunda yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə