Bu gün ABŞ prezidenti Donald Trampın Amerikanın ali idarəçilik kürsüsündə oturmasının axrıncı günüdür və o, amerikalılara və dünyaya son müraciətini edib. SİA xəbər verir ki, müraciəti əsnasında bir sıra qlobal məsələlərə toxunan Trampın ən ilginc ifadəsi isə bu olub: “...Xüsusilə, onilliklər ərzində yeni müharibələr başlatmayan ilk prezident olduğum üçün özümlə fəxr edirəm”, deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin seçkilər zamanı saxtakarlıqlara yol açdığını iddia edən Donald Tramp son ana qədər özü və tərəfdarları ilə iddiaları uğrunda mübarizə başlatmışdı. Lakin son anda o öz müraciətində rəqibinin seçilməsini qəbul edərək, fəaliyyətinə uğurlar arzulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə