ABŞ-dan Ermənistana böyük maliyyə dəstəyi 100 MİLYON $!

ABŞ siyasi dairələri 2021-ci il üçün Ermənistana qrant yardımı etmək məqsədi ilə maliyyə yardımını bir neçə dəfə artırıb. SİA xəbər verir ki, bu haqda ölkənin ArmVoice teleqram kanalı yazır. Məlumatda bildirilir ki, Amerikanın sözügedən qərarı suallar yaradır. Belə ki, ABŞ cari ildəki büdcəsində gərəksiz xərclərin sayını azaldıb. Lakin görünən budur ki, Ermənistan bu məsələdə istisnadır. Bildirilir ki, ABŞ-ın Ermənistana qrant dəstəyi 2021-ci il üçün 100 milyon dollar təşkil edir.

Teleqram kanalı məlumatının sonunda diqqət çəkən sual da yazıb. “Yoxsa ABŞ Ermənistanda yeni “rəngli inqilaba” hazırlaşır?”, deyə sualda bildirilir.

Digər erməni xəbər agentliyinin teleqram kanalı – Yerevan. Todey isə sözügedən məsələ ilə bağlı qeyd edib ki, Kreml bu məsələni diqqətində saxlayır və yazır ki, Paşinyanın bu məsələdə də kirli quyruğunu bulamasına kimsə şübhə etmir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə