AXCP rəsmiləri Əli Kərimlini belə ifşa edirlər! ANALİTİK + VİDEO

Cəbhəçilərin “siyasi mühacir” statusu üçün saxta arayış və vəsiqə biznesindən doğan reallıqları bu gün də gündəmdə qalmaqdadır

AXCP sədri Əli Kərimlinin və onun xarici ölkədəki missionerlərinin, xüsusilə müavini Qənimət Zahidin onlara müraciət edərək “siyasi mühacir” statusu almaq istəyənlərə vəsiqə, eləcə də arayış satmaları ətrafında ortaya çıxan çoxsaylı və danılmaz faktları bu gün də gündəmdə qalmağa davam edir. Lakin bu faktları daha dərindən təhlil edənə qədər digər bir fakta da toxunmamaq olmur. Daha dəqiq desək, hər ilin sonunda, ya da yeni ilin əvvəlində siyasi partiyaların ənənəvi olaraq verdikləri hesabatları haqqında qeyd etmək yerinə düşər. Və yalnız hakim YAP deyil, eyni zmanda fəaliyyət göstərən bir sıra parlament, yaxud parlamentdənkənar müxalifət partiyaları bu ənənəyə sadiq qalaraq il ərzində gördükləri işlər, xərclər və s. məsələlər ətrafında həm üzvlərinə, həm də bütövlükdə ictimaiyyətə hesabatlar verirlər. Bu sıralamada isə fəaliyyətlərini radikallıq, pozuculuq və s. istiqamətlərdə quran sözdə müxalifət partiyalarından başqa. Həmin partiyaların başında dayanan siyasi təşkilat isə yenə Əli Kərimlinin sədrlik etdiyi AXCP-dir.

Bu bazarın bazarkomunun Əli Kərimli olması faktı artıq sirr deyil

Əbəs deyil ki, normal siyasi düşüncəyə, dövlətçilik maraqlarına xələl vurmayan siyasətə xidmət edən partiyaların xalqdan, cəmiyyətdən gizlin hər hansı məqsədləri olmadığına görə, istər müsbət məqamları, istərsə də nöqsanları açıqlayırlar. AXCP-nin isə bu ənənədən kənar qalması özü-özlüyündə həmin partiya və onun rəhbərliyi ətrafındakı qaranlıq məsələlərin, müəmmaların olduğu fikrini yaradır, sonra isə ifşa edir. Bu baxımdan, yazının əvvəlində bilavasitə saxta arayışlar, vəsiqələr üzərindəki bazar faktoruna toxunulub və bu bazarın bazarkomunun Əli Kərimli olması faktı artıq sirr deyil. Yəni bu kimi qanunsuz maliyyə maxinasiyalarının təməlində AXCP sədrinin “beyin məhsulu” dayanır. Suallar isə çoxdur. Məsələn, sual edilə bilər ki, hər bir rayon təşkilatından alınan aylıq 300 manatın, Saleh Rüstəmlinin Avropa ölkələrindən hər ay göndərdiyi 25-30 min dolların, qrant və ianələrin hesabatı və vergisi barədə nəyə görə danışılmayıb? Əli Kərimli niyə cangüdənlərini hansı maliyyə ilə saxladığını, bahalı maşın, villaları nə ilə aldığını, oğlunun ABŞ-da, qızının Britaniyada necə bahalı həyatla təmin edildiyini açıqlamır? Yaxud, cəbhəçi trollar və Əli Kərimlinin mirzələri bu suala cavab vermək yerinə hansı məqsədlə danılmaz faktları öz saxta, yalan və böhtan xarakterli dezinformasiyaları ilə ört-basdır etməyə cəhdlər göstərirlər?

Yalnız Əli Kərimli deyil, eləcə də onun rəhbərlik etdiyi siyasi mühacir alveri çetesinin Avropa təmsilçisi Qənimət Zahid də həmin əməllərinə görə qanun qarşısına çıxıb-cavab verməyə məhkumdurlar

Yeri gəlmişkən, istər əvvəllər, istərsə də indi Əli Kərimlinin ifşası ilə məşğul olan cəbhəçilər də var ki, onların bu şəxs haqqında irəli sürdükləri fikirləri gerçəklikləri əks etdirir. Eqosu, özündən başqa kimsəyə hər hansı üstünlük şansını verməməsi, xudbinliyi, kini və xəbisliyi faktiki olaraq sübuta yetirilən AXCP sədri əslində bütün bunlardan sonra istefaya getməli, günahlarını etiraf edərək, xalqın qarşısına çıxıb üzr istəməlidir. Amma reallıq budur ki, onda bunu etmək üçün nə cürət, nə də ləyaqət var. Məhz ona görə də, yenidən bir sıra detalları dəyərli oxucu auditoriyasının diqqətinə çatdırmağı lazım bilirik. Onu da qeyd etmək yerinə düşər ki, bununla da iş bitmir. Çünki yalnız Əli Kərimli deyil, eləcə də onun rəhbərlik etdiyi siyasi mühacir alveri çetesinin Avropa təmsilçisi Qənimət Zahid də həmin əməllərinə görə qanun qarşısına çıxıb-cavab verməyə məhkumdurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə