İsrail Knesseti “erməni soyqırımı” məsələsi barədə qətnamə layihəsi hazırlayır

İsrail Knesseti “erməni soyqırımı” məsələsi barədə qətnamə layihəsi hazırlayır

İsrail Knesseti (parlament) uydurma "erməni soyqırımı" məsələsini müzakirə edərək Təhsil və mədəniyyət komissiyasına bu barədə müvafiq qətnamə layihəsi hazırlamağı tapşırıb. SİA-nın "Armenia today" xəbər portalına istinadən verdiyi məlumata görə, parlamentin mayın 18-də keçirilən plenar iclasında MERETS Partiyasının deputatı Zaava Qalyon bu barədə məsələ qaldırıb. Onun sözlərinə görə, yəhudi soyqırımı qurbanlarının xatirəsinə həssaslıqla yanaşan və başqalarının da buna hörmət göstərməsini tələb edən yəhudi dövlətinin erməni xalqının başına gəlmiş \"faciə\"ni inkar etməyə mənəvi haqqı yoxdur.

Parlament koalisiyasının lideri Zeyev Elkin də təklifə dəstək verib.

Bütün xəbərlər Facebook səhifəmizdə