COVID-19 peyvəndinin 80-dən çox yan təsiri müəyyən edildi

İrlandiyalı mütəxəssislər, Pfizer və BioNTech-dən peyvəndin yan təsirləri barədə 81 məlumat aldıqlarını bildiriblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın tibbi tənzimləyicisi informasiya yayıb.

"11 yanvar tarixinə qədər tənzimləyici COVID-19 peyvəndi BioNTech ilə əlaqəli şübhəli yan təsirlər barədə ümumilikdə 81 məlumat alıb. Bildirilən bütün ağırlaşmalar digər peyvəndlərdə görülənlərlə geniş şəkildə uyğundur və yüngül, həmçinin orta dərəcədə reaksiyalar daxildir", deyə brifinq zamanı Sağlamlıq Məhsulları Tənzimləmə Təşkilatının (LorRine) rəhbəri Lorraine Nolan bildirib.

Bu barədə video görüntülər ölkənin Səhiyyə Nazirliyi tərəfindən Twitterdə də yerləşdirilib. Direktor ən çox peyvənd olunan insanların qarın, oynaq və qollarında ağrı, ürək bulanması və yorğunluq olduğunu, bəzilərinin baş gicəllənməsi, baş ağrısı, qaşınma və səpgidən şikayət etdiklərini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə