Ararat Mirzoyanın xəfiyyəçiliyini ifşa edən kimdir? İLGİNC

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın xüsusi xidmət orqanlarına işləməsi barədə informasiyanı baş nazirin müavini Tiqran Avinyanın sızdırdığı bildirilir. SİA xəbər verir ki, bu haqda Politik.am yazır. Məlumatda bildirilir ki, Mirzoyanın xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı ictimailəşdirilən məlumatların səbəblərindən biri də hakimiyyətdaxili çəkişmələr səbəb olub. Belə ki, Paşinyan hökumətinin ikinci adamı olmaq uğrunda aparılan uzunmüddətli kulisarxası savaşdan qalib çıxmaq üçün baş nazirin müavini Tiqran Avinyan əlində olan məlumatları KİV-lərə sızdırmaq qərarına gəlib.

Xatırladaq ki, Ararat Mirzoyanın üzərinə atılan daha bir ittiham ondan ibarətdir ki, o, hələ hakimiyyətdə təmsil olunmadığı vaxtlardan Ermənistanın xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq sənədini imzalayıb və daha sonra o da məlum olub ki, erməni spiker hətta Türkiyə tərəfindən də verbovka olunub. Hələlik, onun Türkiyə ilə bağlı əlaqələri heç bir rəsmi qaydada təsdiq edilə bilinməyib, lakin buna rəğmən, ölkəsinin xəfiyyə orqanları ilə işləməsini sübut edən sənəd artıq bir neçə gündür ki, erməni medialarında, sosial şəbəkə seqmentlərində ictimailəşdirilməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə