Baş prokuror: "Paşinyanın həbsinə əsaslar var” “Past” qəzeti yazır

Ermənistanın baş prokuroru baş nazir Nikol Paşinyanın həbsi üçün səbəblərin olduğunu düşünür. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, Ermənistan baş prokuroru Artur Davtyan dar bir dairədə dövlət haqqında hesabatların dəyişdirildiyini qeyd edib. O, bununla cinayət işi başlanmasına və Ermənistanın baş naziri Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsinə kifayət qədər əsas olduğunu bildirib.
Baş prokurorun sözlərinə görə, bu əsaslar Paşinyanın həbsi üçün kifayətdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə