Vuynoviç: “Mütəxəssislər tunelin sonunda işıq görməyə başlayırlar” ÜST

Pandemiya başa çatmayacaq, virus isə getməyəcək. Ən azından yaxın vaxtlarda. SİA xəbər verir ki, bu haqda ÜST-nın nümayəndəsi Melita Vuynoviç “Rossiyskaya qazeta”ya danışıb.

Onun sözlərinə görə, COVİD-19-un bu il birdəfəlik aradan qalxacağı və necə inkişaf edəcəyi ilə bağlı yekdil fikir olmasa da, vaksinasiya xəbərləri ümidlər yaradır və mütəxəssislər tunelin sonunda işıq görməyə başlayırlar və bu işıq get-gedə daha aydın görünməyə başlayır.

Vuynoviç qeyd edib ki, artıq bir çox ölkələrdə vaksinasiya kütləviləşir, ya da buna başlanılıb. İstisna edillmir ki, vaksinasiya pandemiyaya son qoyacaq, ancaq bu da bütün problemləri həll etməyəcək.

ÜST nümayəndəsi infeksiyanın yayılmasına qarşı ölçülərin götürülməsi ilə bağlı addımların davamlı atılmalı olduğunu bildirib. Məhz bu hallarda – gigiyenaya riayət və maska taxmaq tələblərinin yerinə yetirilməsi ölümləri azalda bilər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə